RU

Məmmədağa Umudovun 75 illiyinə həsr olunmuş konsert təşkil olunacaq

Cadenza orkestri 28 iyun saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində bəstəkar Məmmədağa Umudovun 75 illiyinə həsr olunmuş konsert keçirəcək. Konsertdə bəstəkarın "Rəqs-fantaziya", "Portret", violin və kamera orkestri üçün "Poema", "Rəqs", "Muğamsayağı" və "Düşüncələr" simfoniyası ifa olunacaq. Konsertin solistləri Vəfa Babayeva (violin), Fatimə Nəsirli (violin), Aynur Əhədova (violin), Kamran Talıblı (fleyta), dirijor Samir Əsədov olacaq.

Konsertə giriş sərbəstir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
1
milli.az

2Источники