RU

Kreditlərin sığortalanması vətəndaşlara hansı imkanlar yaradacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir çox hallarda vətəndaş banka kredit üçün müraciət edən zaman ondan zamin duran şəxs tələb olunur.

Amma müəyyən problemlər səbəbindən hazırda yaxın bildiyi adama zamin durmaq istəyən demək olar ki yoxdur. 

Məsələnin həlli istiqamətində atılan addımlara yenisi əlavə olunub. Söhbət kredit götürən şəxslərin sığortalanmasından gedir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, bu yenilik zaminliyə tələbi xeyli azaldacaq.

Mövzu barədə Banco.az-a açıqlama verən sığorta eksperti İlkin İbrahimov bildirib ki, 2016-cı ilə kimi bu proses davam etsə də, devalvasiyadan sonra ikinci plana atılmışdı:

“Bir müddət əvvəl Mərkəzi Bank artıq qayda müəyyən etdi. Bu qayda rəsmi olaraq könüllüdür. Amma həm diqtə edən, həm gələcəkdə krediti verən bank olduğu üçün biz bu qaydanı mahiyyət etibarı ilə de fakto məcburi kimi hesab edirik.
Əgər vətəndaş bu sığortadan könüllü şəkildə imtina edərsə, bank da gələcəkdə  kredit verməkdən imtina edəcək. Bu qaydanın tətbiqi problemli kreditlərin azalmasına şərait yaratmaqla bərabər zaminliklə bağlı problemləri aradan qalxacaq. 
Əvvəllər zaminlərlə bağlı aylarla məhkəmələrdə işlər uzanırdı.Amma indi həm banklar rahat krediti verəcək, həm də vətəndaşların hüquqları daha çox sağlamlaşacaq”.
Kreditlərin sığortanlanmasının müsbət tərəfləri barədə danışan ekspert vurğulayıb ki, kredit götürən şəxs vəfat etdiyi halda, artıq onun borcu da sığorta vasitəsi ilə kompensasiya oluna bilər.
İqtisadçılar isə hesab edir ki, bankların bir müddət sonra istehlak kreditlərinin verilməsinə marağı arta bilər. Nəticədə, həm kredit faizləri aşağı düşəcək, həm də risklər az olduğu üçün daha çox vətəndaşın kreditlərə əlçatımlığ şansı yaranacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
banco.az

1Источники