Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimləri Sergey Şoyqu və Valeri Gerasimov barəsində həbs qərarı çıxarıblar.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, BCM-in İstintaq Palatası Şoyqu və Gerasimov barəsində həbs qərarı çıxarıb.
“2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası <…> Ukraynadakı vəziyyət kontekstində iki şəxs – cənab Sergey Kujugetoviç Şoyqu və cənab Valeri Vasilyeviç Gerasimov barəsində həbs qərarı çıxarıb. ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək törədilmiş iddia edilən beynəlxalq cinayətlərə görə”, – məhkəmədən bildirilib.…>