RU

Türkiyə böhrandan çıxış yolunu göstərdi: İslahatlara ehtiyac var

“Dünyadakı misli görünməmiş böhranlar fonunda BMT-nin islahatı həmişəkindən daha zəruridir və bu, dünya təşkilatının Təhlükəsizlik Şurasından başlamalıdır”.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəliyi bəyanat yayıb.

“Buna yalnız hökumətlərarası danışıqlar yolu ilə nail olmaq olar. Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və müvafiq BMT görmək istəyir. Bu, xüsusilə beynəlxalq sistemin son illərdə yaşadığı misli görünməmiş böhranlar fonunda həmişəkindən daha çox zəruridir”, – daimi nümayəndəlik vurğulayıb.

Qeyd edilib ki, islahat BMT-nin sülh və təhlükəsizlik problemlərinin həlli üzrə əsas orqanı kimi Təhlükəsizlik Şurasından başlamalıdır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman bu mövzuda çıxış edərək dünyanın beşdən (BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən) daha çox olduğunu vurğulayır”, – deyə bəyanatda deyilir.

Ayşən

Избранный
54
2
medianews.az

9Источники