RU

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib

Bakı. Trend:

İyunun 25-də Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi TibbFakültəsinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatyayıb.

Hərbi institutda keçirilən mərasimdə müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətiiştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbiinstitutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətənmüharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksiziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri dərinhörmətlə yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüşbayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

General-polkovnik Z.Həsənov çıxış edərək mərasim iştirakçılarınıAzərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 106illiyi münasibətilə təbrik edib, məzunlara gələcək xidmətlərindəuğurlar arzulayıb.

Ordunun peşəkar kadr potensialının artırılması istiqamətindəHeydər Əliyev adına Hərbi İnstitutunun və Hərbi Tibb Fakültəsininmüstəsna rolunu xüsusi qeyd edən nazir Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənkompleks islahatlardan danışıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə aparılanVətən müharibəsi və digər uğurlu əməliyyatlar zamanı AzərbaycanOrdusunun bütün hərbi qulluqçuları kimi, hərbi institutunməzunlarının da şücaətini xüsusi vurğulayan nazir hərbçilərimizinqəhrəmanlıqlarının ölkə rəhbərliyi tərəfindən daim yüksəkqiymətləndirildiyini qeyd edib.

Müdafiə naziri məzunlara ölkəmizin gələcəyi, ordumuzun,dövlətimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminəxidmətlərində uğurlar diləyib.

Gənc zabitlər göstərilən diqqət və qayğıya görə AzərbaycanRespublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinəminnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincəxidmət edəcəklərinə söz veriblər.

General-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsini fərqlənməilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdimedib.

Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağınıntəhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollarvurulub. Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi TibbFakültəsinin məzunlarına diplomlar təqdim olunub.

Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutunmarşını ifa ediblər.

Təntənəli mərasimin sonunda şəxsi heyətin tribuna önündəntəntənəli keçidi olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
8
az.trend.az

10Источники