RU

Dilan və Engin Polat azadlığa buraxıldı 

Çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla həbs olunan türkiyəli sosial media fenomeni Dilan Polatın növbəti məhkəməsi olub. 

Axşam.az xəbər verir ki, hakim qarşısında çıxış edən Dilan "Allahım, heç bir günahım yox" deyib və ürəyi gedib. Yerə yıxılan fenomen məhkəmə zalından çıxarılıb, həkim tərəfindən müayinə edilib. 

Məhkəmənin qərarı ilə Dilan və Engin Polat, Sezgin Polat azadlığa buraxılıblar. Amma onların mühakiməsi davam edəcək. 

Xatırladaq ki, bir müddət öncə Dilanla həyat yoldaşı Engin Polatın əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. 


Telegram kanalımız
Избранный
110
3
yenisabah.az

9Источники