RU

Məhkəmə avtoservisdən oğurluq etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verəcək

Bakıda avtoservisdən oğurluq etməkdə təqsirləndirilən Firdovsi Əliyev və Seymur Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Firdovsi Əliyev və Seymur Xəlilov Xətai rayonu ərazisində yerləşən avtoservislərin birindən avtobus mühərrikinin gövdəsinin oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
e-huquq.az

1Источники