RU

“Moskvanın sayəsində iki erməni dövləti yaranmışdı” – Şarmazanov

“Ermənistan-Rusiya münasibətlərinin ən pik həddində iki erməni dövləti olmuşdu”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, “Gürcüstan rəhbərliyi üzünü Avropa İttifaqına döndərsə də, Rusiyaya qarşı heç bir razılaşmaya getməyib. Hətta Rusiyanın acığına Ukraynaya belə səfərlər təşkli edilməyib. Amma Ermənistan isə bunun tam əksini edib və Buçaya adam göndərib.

Bu anti-Rusiya hərəkəti deyilmi?”

Bu kontekstdə Şarmazanov Yuri Xaçaturovun KTMT-nin baş katibi vəzifəsindən geri çağırılmasını da xatırladıb: “Bax bu addım da Rusiyaya zərbə olub. Paşinyan baş nazir olanda Putinə demişdi ki: “Sən yaxşı adamsan, amma Ermənistanda yanlış adamlarla dostluq edirsən”. O yəqin ki, 2-ci prezidenti nəzərdə tuturdu”.

Natiq Səlim,

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
konkret.az

1Источники