RU

Dünya“Dünyanın Ən Çirkin İti” yarışının qalibi o oldu - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Kaliforniyada “Dünyanın Ən Çirkin İti” yarışması krçirilib.

Far.Az Sonoma-Marin Sərgisinin saytına istinadən xəbər verir ki, “Pekingese Wild Thing” 2024-cü il üçün “Dünyanın Ən Çirkin İti” adını alıb.

İt bundan əvvəl də 4 dəfə müsabiqədə iştirak etsə də, ilk dəfə birinci yeri tutub.

“Pekingese Wild Thing” müsabiqədə tez-tez qonaq olan səkkiz yaşlı pekinlidir.

İtin profilində qeyd olunub ki, “Wild Thing” balaca olarkən itlərə xas olan xəstəliyə yoluxub. Xəstəlik dişlərinin böyüməsini dayandırdığı üçün it həmişə dilini açıq saxıayıb gəzir. İtin ön sağ ayağı əyilmiş vəziyyətdə iflic kimi görünür.

Qeyd ddək ki, ən çirkin it yarışması 1971-ci ildən Kaliforniyanın Petaluma şəhərində keçirilir. Qalib münsiflər heyəti tərəfindən seçilir, lakin tamaşaçılar onlayn səsvermədə öz bəyəndiklərini seçə bilərlər.

Far.Az QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
4
far.az

5Источники