RU

Dünyanın ən çirkin iti seçildi

Kaliforniyada yerləşən Sonoma-Marin Sərgisinin saytında yer alan məlumata görə, Pekindən gətirlən “Vəhşi məxluq” 2024-cü il üçün “Dünyanın Ən Çirkin İti” adını alıb.

İt bundan əvvəl də 4 dəfə müsabiqədə iştirak etsə də, ilk dəfə birinci yeri tutub.

“Cebhe.info” xəbər verir ki, “Vəhşi məxluq” Çirkin İt Müsabiqəsində müntəzəm iştirak edən səkkiz yaşlı pekinli heyvandır. “O, sağlam və xoşbəxt heyvandır”,-deyə qalibin profilində deyilir.

Vebsayt bildirir ki, “Wild Thing” bir bala kimi it xəstəliyinə yoluxub. Xəstəlik dişlərinin böyüməsini dayandırdığı üçün it həmişə dilini açıq saxlayıb gəzir. İtin ön sağ ayağı əyilmiş vəziyyətdə iflic olub. Anketə əsasən, “Wild Thing” ev heyvanlarının peyvənd edilməsinə kömək edir. İtin sahibi beş min dollar alacaq və NBC-nin “Today” şousunda iştirak edəcək.

Ən çirkin it yarışması 1971-ci ildən Kaliforniyanın Petaluma şəhərində keçirilir. Qalib münsiflər heyəti tərəfindən seçilir, lakin tamaşaçılar onlayn səsvermədə öz bəyəndiklərini seçə bilərlər.

“Bizim dünyaca məşhur tədbirimiz itləri xüsusi və bənzərsiz edən qüsurları qeyd edir. Müsabiqə insanları əyləndirib güldürməklə yanaşı, həm də bütün heyvanlara pərəstiş etməyin vacibliyini bəyan edir”, - deyə müsabiqənin təşkilatçıları bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
4
cebheinfo.az

5Источники