RU

ABŞ-dan Ukraynaya 150 milyon dollarlıq HƏRBİ YARDIM

ABŞ Ukraynaya 150 milyon dollarlıq hərbi yardım ayıracağını elan edib.

Bu barədə “Associated Press” adı açıqlanmayan yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Yardım paketinə tank əleyhinə silahlar, atıcı silahlar, qumbaralar, 155 və 105 mm-lik top mərmiləri daxil edilməsi planlaşdırılır.

İyunun 24-də Rusiya ABŞ səfirini Ukraynanın 23 iyunda Sevastopoldakı hücumu zamanı Amerika istehsalı olan raketlərdən istifadə etməsindən şikayət etmək üçün çağırıb, Rusiya tərəfinin məlumatına görə, nəticədə 4 nəfər ölüb, 153 nəfər yaralanıb.

Ötən həftə ABŞ Müdafiə Nazirliyi bildirib ki, Ukrayna silahlı qüvvələri özünümüdafiə məqsədi ilə həyata keçirilirsə, Rusiyadakı hədəfləri vurmaq üçün daha uzun mənzilli ABŞ raketlərindən istifadə edə bilər.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
referans.az

1Источники