RU

Hakan Çalhanoğlu: "Heç yerə getmirəm"

Son günlər mətbuatda "İnter"dən ayrılacağı və  "Bavariya"ya gedəcəyi ilə bağlı haqqında yayılan xəbərlərə Hakan Çalhanoğlu reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "İnter"dən ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. 

30 yaşlı futbolçu bildirib ki, karyerasını "İnter"də davam etdirəcək: "Hazırda yalnız Milli Komandanın uğurlarına diqqət yetirdiyim bu ərəfədə beləı yalan xəbərlər arzuolunmazdır. Hazırkı klubumda çox xoşbəxtəm. "İnter" və azarkeşlərimizlə aramızda güclü bir bağ var. Və bu klubu tərk etmək niyətim yoxdur".

Fərid Aslan

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
mia.az

1Источники