RU

Qərb liderləri bunu ciddi qəbul etmədilər: Putin eyni bəyanatı təkrarladı

Ukrayna ilə müharibədə olan Rusiya Prezidenti Vladimir Putin atəşkəslə bağlı açıqlamasını təkrarlayıb.

 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun Ukraynaya atəşkəs təklifi münaqişəni dayandıra bilər, lakin qərb bu təklifə rasional yanaşmayıb.

 

Kreml Sarayından verilən açıqlamaya görə, Putin paytaxt Moskvada başlayan 10-cu Primakov oxunuşları Beynəlxalq Forumunun iştirakçılarına mesaj göndərib.

 

Forumun son illərdə mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Putin bu forumda qlobal iqtisadiyyat və siyasətlə bağlı aktual məsələlərin müzakirə edildiyinə diqqət çəkib.

 

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın formalaşdırdığı BRİKS-in əhəmiyyətinə diqqət çəkən Putin bu strukturun dünyanın bir çox ölkəsinin maraqlarını təmsil etdiyini bildirib.

 

Nəzrin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
1
azxeber.com

2Источники