RU

Mətbuat Şurasında Şərif Kərimlinin 70 illik yibileyi ilə bağlı toplantı keçirilib

Azərbaycan Mətbuat Şurasında (MŞ) veteran jurnalist, “Əqli Mülkiyyət” jurnalının ədəbi redaktoru Şərif Kərimlinin 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, rəhbərlik etdiyi qurumun ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş qələm adamlarının həyatının əlamətdar günlərini yada salması ənənə halını alıb. Ş.Kərimli də daim peşənin təəssübünü çəkənlərdəndir. O, 47 ildir ki, ölkəmizin müxtəlif mətbuat orqanlarında çalışır. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra “Yazıçı” və “İşıq” nəşriyyatlarında redaktor, şöbə müdiri, 1989-cu ildən “Gənclik” (“Molodost”) jurnalında ədəbi işçi, məsul katib, redaktor müavini, 1989-1995-ci illərdə “Azərbaycan” qəzetində məsul katib, baş redaktor müavini və baş redaktor olub.

R.Məcid bildirib ki, yubilyar təkcə Azərbaycanın ictimai-siyasi, sosial-mədəni olaylarına işıq tutmaqla kifayətlənməyib, eyni zamanda, Borçalı həqiqətlərini, Azərbaycan-Gürcüstan dostluğunu da təbliğ edib. Bununla bağlı məqalələri ABŞ-da fəaliyyət göstərmiş “Novoe russkoe slova”, həmçinin “Nezavisimaya qazeta” (Rusiya), “İslami birlik” (İran), “Sabah” (Türkiyə), “Gürcüstan” (Gürcüstan) kimi tanınmış mətbuat orqanlarında işıq üzü görüb.

Ş.Kərimli yüzlərlə publisistik məqalə ilə yanaşı, bədii və bədii-publisistik kitabların da müəllifidir. Onun 2015-ci ildə işıq üzü görmüş “Ötən illərin harayı” kitabı və 2023-cü ildə çapdan çıxmış “Pəhləvanın taleyi” adlı sənədli-tarixi romanı oxucular tərəfindən maraqla qarşılanıb. R.Məcid Ş.Kərimlinin “Borçalı” İctimai Birliyinə rəhbərlik etdiyini vurğulayıb. MŞ sədri yubilyar jurnalisti rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

Toplantıda çıxış edən Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Ş.Kərimlini əsl qələm adamı kimi xarakterizə edən cəhətlərdən söz açıb. Şair vaxtilə özünün baş redaktoru olduğu və milli şüurun oyanışında mühüm missiya yerinə yetirmiş tarixi “Azərbaycan” qəzetinin fəaliyyətini xatırlayıb. O bildirib ki, jurnalistika cəmiyyəti formalaşdıran, cəmiyyətdə ictimai müqaviməti təşkil edən peşədir. Ş.Kərimli“Azərbaycan” qəzetində istedadı və bacarığı ilə bu müqaviməti təşkil edənlərdən, onu gerçək yaşantıya çevirənlərdən olub.

Toplantıda çıxış edənlərdən şair Adil Cəmil, veteran jurnalist Səfər Mahmudzadə, rəssam Fikrət İbrahimli, “Zim.az” saytının baş redaktoru Müşfiq Borçalı, “Əqli mülkiyyət” jurnalının əməkdaşı Ədalət Mədətoğlu, sənətşünas Rəcəb Məmmədov, heykəltaraş Cümşüd İbrahimli və başqaları Ş.Kərimlinin həm jurnalist, həm də pedaqoji fəaliyyətindəki spesifik məqamlar üzərində dayanıb, onu siyasi, ictimai, elmi və bədii yaradıcılığı bir-biri ilə uyğunlaşdırmağı, vəhdətdə tutmağı bacaran vətənpərəvər qələm sahibi olaraq dəyərləndiriblər.

Sonda çıxış edən yubilyar Şərif Kərimli qədirbilənliklə deyilmiş xoş sözlərə və yaradıcılığına verilən yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.












Mətbuat Şurasında Şərif Kərimlinin 70 illik yibileyi ilə bağlı toplantı keçirilib
Mətbuat Şurasında Şərif Kərimlinin 70 illik yibileyi ilə bağlı toplantı keçirilib
Mətbuat Şurasında Şərif Kərimlinin 70 illik yibileyi ilə bağlı toplantı keçirilib
Mətbuat Şurasında Şərif Kərimlinin 70 illik yibileyi ilə bağlı toplantı keçirilib
Mətbuat Şurasında Şərif Kərimlinin 70 illik yibileyi ilə bağlı toplantı keçirilib




Şəkil sayı: 5























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
525.az

1Источники