RU

Hökumətdə çaxnaşma: Paşinyan kadr dəyişikliyi edəcək

Ermənistan baş naziri Nikol Paşinyan hökumətdə ciddi kadr dəyişikliyinə hazırlaşır.

Medianews.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetində məqalə dərc edilib.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının iyunun 22-də Xankavanda keçirilən toplantısından sonra partiyanın yüksək rütbəli üzvlərinin dincliyi pozulub. Paşinyan iclasdakı çıxışı zamanı 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər kadr dəyişikliyi edəcəyini bildirib.

Paşinyan qeyd edib ki, nəyin bahasına olur-olsun, seçkilərdə 50+1 səs toplamalıdırlar. Baş nazirin ad çəkməməsi hakim komandada gərginlik yaradıb. Komanda üzvləri Paşinyanın kimləri nəzərdə tutduğunu bilmirlər. Hakim komanda bir neçə gündür qarşıda sürprizlərlə dolu iki ilin olduğunu deyir. Paşinyan hakimiyyətin yenidən qurulması və partiyasına inamın artırılması naminə yeni addımlar atacaq”, – deyə nəşr yazır.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
medianews.az

2Источники