RU

Hakan Çalhanoğlu ''Bavariya'' ilə bağlı qərarını verdi

Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu son günlər haqqında yayılan transfer xəbərinə münasibət bildirərək yekun qərarını açıqlayıb.

Karyerasını ''İnter''də davam etdirən təcrübəli yarımmüdafiəçi ''Bavariya''nın ciddi maraq dairəsinə düşmüşdü. Hətta Münhen nəhənginin Hakana illik 9 milyon avro, yəni onun İtaliyada qazandığından daha çox maaş təklif etdiyi bildirilmişdi. Ünlü futbolçunun ''İnter''də illik maaşı 7 milyon avrodu. Amma 30 yaşlı futbolçu öz səhifəsində paylaşım edərək bu söz-söhbətlərə son qoyub. O, ''İnter''də xoşbəxt olduğunu, fanatlarla münasibətlərinin əla olduğunu bildirərək bu klubla hələ bir çox uğurlar qazanmaq istədiyini vurğulayıb. Hakan eyni zamanda hazırda əsas diqqətini öz ölkəsinin komandasına yönəltdiyini, sadəcə son günlər artan şayiələrin qarşısını kəsmək və konsentrasiyasını dağıtmaq istəmədiyi üçün bu açıqlamanı vermək məcburiyyətində qaldığını əlavə edib. Ötən mövsüm ''neradzurra''nın heyətində 40 rəsmi oyunda 15 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyən Çalhanoğlunun klubla 2027-yə qədər müqaviləsi var. İddia edilmişdi ki, ''İnter'' türkiyəli oyunçuya görə ''Bavariya''dan ən azı 70 milyon avro tələb edir.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
football-plus.az

1Источники