RU

“ABŞ Ermənistanı Rusiya əleyhinə ehtiyatsız strategiya yürütməyə təhrik edir“- Politoloq

"ABŞ ilə Fransa Ermənistanı Rusiya əleyhinə ehtiyatsız strategiya yürütməyə təhrik edir"

Politoloq Aqşin Kərimov bunu News365.az-a deyib. 

“Həm ABŞ, həm Fransa tərəfindən Azərbaycana qarşı təzyiq maşınları işə salındı. Bunun fonunda az qala belə bir təəssürat yaradıldı ki, bəs Rusiya Ermənistanın etibarlı müttəfiqi deyil. Sual olunur, o zaman Qərbdə Rusiyanın Ermənistanın təhlükəsizlik zəmanətçisi olması alqışlanırdımı?”.

“Kənar güclər bu sarsıntılara şərik çıxmaq görüntüsü yaradaraq əslində Ermənistanın ən həssas sinirlərinə toxunaraq onu Azərbaycana qarşı həvəsləndirmək siyasətini üstün tuturlar.

Mən burada ABŞ ilə Fransanın strateji yanaşmalarını fərqləndirərdim, çünki Parisdən fərqli olaraq Vaşinqton Bakı ilə tərəfdaşlıq, təhlükəsizlik sferalarında etibarlı bir model qurmaqda maraqlıdır.

Lakin ortada ziddiyyətlər qalmaqdadır. Bunu Azərbaycanla ABŞ az qala strateji dialoqlar ekvivalentində olan müzakirələrlə yoluna qoymağa çalışır. Fransa isə qlobal miqyasda itkilərini Cənubi Qafqazda alternativ ambisiyalar formalaşdırmaqla kompensasiya etməyə çalışır. O, burada Rusiya ilə bərabər, bir az da irəli gedərək söyləyirəm ki, ABŞ və Böyük Britaniya ilə də rəqabətdədir. ABŞ Azərbaycanın yaşıl enerji siyasətinə və alternativ enerji mənbələrinin şaxələndirilməsi, ixracı potensiallarına yüksək qiymət verir, Fransadan isə bu istiqamətdə də müsbət siqnallar gəlmir.

Çoxtərəfli münasibətlər sistemində isə məsələni Rusiya amili mürəkkəbləşdirir. Buna görə də Moskvaya qarşı Ermənistan şirnikləndirilir. ABŞ ilə Fransa Ermənistanı Rusiya əleyhinə ehtiyatsız strategiya yürütməyə təhrik edir. Təbii ki, bu, Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə də təsirlərini göstərir.

Lakin bir məqam var: ABŞ Ermənistana dəstək olsa da, bu, sarsılmaz deyil. Fransa isə İrəvanın revanşist imkanlarını genişləndirməkdən ötrü Ermənistanın təhlükəsizlik qarantı rolunu üzərinə götürməyə çalışır. Ermənistan öz təhlükəsizliyini düşünməyib ehtiyatlı davranmırsa, prosesdə Azərbaycan öz sözünü deməlidir.

Gördüyünüz kimi, ABŞ ilə Fransa fərqli öhdəliklərlə regional meydandadırlar, ancaq proses Rusiyaya qarşı cəbhə oxu kimi formalaşdıqca, Moskva da əlindəki alətlərdən istifadəyə can atır”.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
news365.az

1Источники