RU

Rusiya Sevastopola hücumda ABŞ-ın birbaşa iştirak etdiyini iddia etdi...

Image

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Ukraynaya verdiyi ATACMS raketləri ilə Sevastopoldakı hücumda amerikalı mütəxəssislərin də iştirak etdiyini iddia edib. Antonov bildirib ki, Birləşmiş Ştatlar demək olar ki, hər gün Qara dəniz üzərində pilotsuz təyyarələrlə uçuş keçirir.

Ria agentliyinə danışan Rusiya rəsmiləri Sevastopol hücumunu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının gündəminə çıxaracaqlarını açıqlayıblar.

Hücumla bağlı ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb və ona nota təqdim edilib. Səfirə Vaşinqtonun addımlarının cavabsız qalmayacağı bildirilib.

Ukrayna PA rəsmisi Mixail Podolyak isə Krımda “mülki hədəflərin olmadığını” iddia edib. Podolyak deyib ki, “Krımda nə çimərlik, nə də turizm zonası yoxdur və ola da bilməz”. 

"Krım böyük hərbi düşərgə və anbardır", - deyə Ukrayna PA rəsmisi bildirib.

Qeyd edək ki, Sevastopola hücum nəticəsində 3 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Rusiya səhiyyə naziri Mixail Muraşko hücumda yaralanan 14 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
baki-xeber.com

1Источники