Vüsal Ələkbər oğlu Məmmədov "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin icraçı direktoru vəzifəsinə təyin olunub.
Ednews apa.az-a istinadən xəbər verir ki, o, bu təyinata qədər Naxçıvan MR Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
Vüsal Məmmədov həmçinin, Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə heyətinin üzvü və digər vəzifələrdə çalışıb.