RU

Müharibə başlayanda Baş prokurorun müavini Türkiyədə özü üçün ehtiyat aerodrom hazırlayıb…

“Nəhayət, Alanyadakı gizli prokuror mənzilini göstəririk və qiymətləndiririk. Elit yaşayış binası "Oxo Beach" Aralıq dənizi sahilinin birinci xəttində, çimərlikdən yüz metr məsafədədir. Burada fitnes klubu, yoqa mərkəzi, kafe, bar, sauna və hamam var. Təbii ki, "VİP" sakinlər üçün həyətdə hovuz və başqa hər şey də mövcuddur…”
 
“Bu, qalmaqallı Ukrayna baş prokurorunun müavini Dmitri Verbitskidir. Bəyan edilməmiş sərvətlə bağlı bir sıra jurnalist araşdırmalarında iştirak edən şəxs, indi də Ukrayna Milli Antikorrupsiya Komitəsi (UMAK) tərəfindən qanunsuz varlanma maddəsi ilə cinayət işinin fiqurantı olan şəxs…”
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki,  Ukraynanın qalmaqallı yüksək vəzifəli məmuru Verbitskinin hələ də gizlətdiyi Türkiyədəki mülkləri haqda Khapuga.ua layihəsinin eksklüzivində bəhs edilir.
 
“Bu, yerli daşınmaz əmlak mütəxəssislərinin daimi yaşamaq üçün tez-tez tövsiyə etdiyi Kestel rayonunun Alanya kurort şəhəridir. Ukrayna baş prokurorunun müavini öz bəyanatında Alanyadakı varidatı ilə bağlı ictimaiyyətə məlumat verməyib. Ancaq mənbələrimizə görə, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı təcavüzü zamanı o, məhz burada özü üçün ehtiyat aerodrom hazırlayıb.
 
Cənab Verbitskinin bəyanatında biz 2022-ci ilin mayında Verbitskinin həyat yoldaşı, Odessa Şəhər Şurasının sadə məmuru Viktoriyanın “Türkiyənin harasındasa” aldığı 65 metr uzunluğunda mənzil haqqında ümumi məlumatları görürük. Bəyannamədə mənzilin qiyməti 3 milyon 891 min qrivnadır ki, o vaxtın orta məzənnəsi ilə (bir dollar üçün 36 qrivna) təxminən 108 min dollara bərabər idi.
Verbitskilər bu kurort bölgəsi üçün bu qədər az pula nələr alıblar? Nəhayət, Alanyadakı gizli prokuror mənzilini göstəririk və qiymətləndiririk. Elit yaşayış binası "Oxo Beach" Aralıq dənizi sahilinin birinci xəttində, çimərlikdən yüz metr məsafədədir. Burada fitnes klubu, yoqa mərkəzi, kafe, bar, sauna və hamam var. Təbii ki, "VİP" sakinlər üçün həyətdə hovuz və başqa hər şey də mövcuddur.
 
Burada mənzillərin qiyməti neçədir? Sadəcə veb-sayta baxaq. Ən kiçik mənzilin, elə 60 metrdən başlayaraq qiyməti 323 min dollardan start götürür. Yəni Verbitskinin bəyannamələrində göstərilən xərcdən düz üç dəfə bahadır.
 
"Bu, məmurların gəlir mənbələrini göstərmək istəmədiyi tipik bir hekayədir. Alış-veriş prosesində, hətta hədiyyə müqaviləsi də olsa, müəyyən bir vergi ödəməlisən. Buna görə də məmurların tez-tez seçdiyi ən asan yol az qiymətləndirməkdir. Təəssüf ki, bunu biz bəyannamələrdə görə bilərik”, - Korrupsiyaya Qarşı Mübarizə Baş Qərargahının sədri Sergey Mitkalik belə deyib”.
 
Materialda baş prokuror müavininin bəyannamədə gizlətdiyi paytaxtda Kiyevdəki mülkləri də göstərilir.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
moderator.az

1Источники