RU

Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa çatdırıb

Zəngilan. Trend:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vəAzərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanrayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərininƏməkdaşlıq Forumu iyunun 25-də başa çatıb.

Trend xəbər verir ki, iyunun 24-də işə başlayan və ictimaibirliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun ikincigünündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və“COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panelmüzakirələr keçirilib.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri AyazMirzəyevin moderatorluğu ilə keçən “Ermənistanın dağ-mədənsənayesinin ekoloji fəsadları”panelində Ekologiya və TəbiiSərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “EnvironmentalProtection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov,Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondununprezidenti Sabit Bağırov, “Azərbaycan Kartoqrafları” İctimaiBirliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət UniversitetiTələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov Ermənistanındağ-mədən sənayesinin ekoloji fəsadları haqqında ətraflı məlumatlarveriblər.

Forum iştirakçılarına Ermənistan respublikasının mineral xammalresurslarının – dağ-mədən sənayesinin xəritəsi təqdim olunub.Bildirilib ki, 3 dildə hazırlanan xəritədə ErmənistandanAzərbaycana axan çayların çirkləndirilməsi faktları öz əksinitapıb. Xəritədə istismar olunan və istismarı dayandırılan faydalıqazıntı mənbələri barədə məlumatlar yer alıb və ekologiyanınçirklənməsinə səbəb olan zavodların məkanları öz əksini tapıb.Bildirilib ki, bu zavodlar əsasən Zəngəzur ərazisində yerləşir.

Ekologiyanın çirklənməsinə səbəb olan zavodlardan atılantullantılar Araz çayının qollarına axıdılır. Bundan başqa,müzakirələrdə Ermənistanın Naxçıvanla sərhəddə yerləşənzavodlarının hava qatına və su mənbələrinə, həmçinin bitki örtüyünəvurduğu fəsadlar haqda da danışılıb. Qeyd olunub ki, sadalananfaktlar ekologiya ilə yanaşı, Sədərək rayonunun ərazisində yaşayan23 min nəfər əhali üçün də ciddi təhlükə sayılır.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü AzərAllahverənovun moderatorluğu ilə keçən “COP29 və Yaşıl Dünya NaminəHəmrəylik Hərəkatı” adlı panel müzakirədə isə COP29-un TəşkilatKomitəsinin üzvü, "Smart Nation" platformasının təsisçisi ŞəbnəmMəmmədova, COP29-un Təşkilat Komitəsinin üzvü, "Qadın, İnkişaf,Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova, COP29-unTəşkilat Komitəsinin üzvü, "EkoSfera Sosial Ekoloji Mərkəzininsədri Firuzə Sultanzadə, COP-lar üzrə ekspert İsa Əliyevinçıxışları dinlənilib. Çıxışlarda iqlim dəyişməsinə təsir edənamillərdən, ekoloji fəsadların aradan qaldırılması üçün görüləntədbirlərdən söhbət açılıb.

Bildirilib ki, Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirə evsahibliyi etməsi təqdirəlayiq haldır. Panel müzakirədə Qarabağ vəŞərqi Zəngəzurda görülən işlərdən də söhbət açılıb. Qeyd edilib ki,işğaldan azad olunan ərazidə yaşıl enerji prioritet məsələ kimi yeralır. Həmçinin müzakirələrdə yaşayış məntəqələrində yeni nəsiltexnologiyalardan istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Panel müzakirələr bitdikdən sonra “Yaşıl Dünya Naminə AzərbaycanQHT-lərinin Həmrəylik Müraciəti” oxunub.

Tədbirin sonunda bədii hissə təqdim olunub.

Bununla da Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başaçatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
15
az.trend.az

10Источники