RU

"İsrail Hizbullah ilə münaqişənin diplomatik həllinə üstünlük verəcək" - İsrail rəsmisi

\"İsrail Hizbullah ilə münaqişənin diplomatik həllinə üstünlük verəcək\".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi deyib.
 
Müşavir bu mövzuda yaxın həftələrdə çalışacaqlarını bildirib.

O, həmçinin əlavə edib ki, İsrail Vaşinqtonla Qəzza zolağında HƏMAS idarəçiliyinin əvəzedicisini tapmaq üçün ABŞ, Avropa və bəzi ərəb ölkələrinin mümkün birgə səylərini müzakirə edir.

Qeyd edək ki, ötən ilin oktyabrından davam edən müharibə gün getdikcə şiddətlənir.
 
İsrail uzun müddət sonra Livanın şərqindəki Əl-Xəyara qəsəbəsində Hizbullah üzvlərini hədəfə alıb.

Hizbullah da cavab olaraq İsrailin Livan sərhədi yaxınlığındakı kazarmalarına hava zərbəsi endirdiyini bildirib.

İsrailin müdafiə naziri Yov Qalant ötən gün verdiyi açıqlamada \"Qəzza, Livan və bir çox başqa bölgələrdə lazım ola biləcək hər cür hərəkətə hazırıq\" deyib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
azxeber.com

1Источники