RU

Xətaidə avtobus dayanacağının ərazisində tikilən obyekt qeyri-qanunidir? - RƏSMİ AÇIQLAMA

Bakının Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən avtobus dayanacağının ərazisində obyektin qeyri-qanuni tikildiyi iddia edilir.

 

Pravda.az-ın xəbərinə görə, bildirilir ki, dayanacağın ərazisi satılıb.

 

Məsələni araşdırmaq üçün Xətai Rayon İcra Hakimiyyətinə sorğu göndərsək də, heç bir mövqe bildirilməyib. 

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə deyilib ki, qeyd edilən ünvanda yerləşən tikili yeni inşa edilməyib və xüsusi mülkiyyətdədir. 

Dövlət

Xatırladırıq ki, bu kimi hallar rayon ərazisində adi hal alıb. Xətai rayonunun hazırda icra başçısı Rafiq Quluyevdir.

Rafiq

O, 1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri  vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini,  2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 

 Aytəkin Qardaşova 

Fotoları təqdim edirik
Tarix: 25 İyun 2024, 13:30   
Избранный
33
3
pravda.az

7Источники