RU

Dünyanın ən humanist və lüks həbsxanası - Video

Norveçdəki Halden həbsxanası dünyanın ən humanist və lüks həbsxanası hesab olunur.

Yenisabah.az xəbər verir ki, bəziləri onu "dünyanın ən dəbdəbəli həbsxanası" kimi təsvir edir.

Nəzarətçi Linn Marqaret Andreassen deyir ki, həbsxana lüks deyil, sadəcə məhbusları həbsxanadan kənardakı, azadlıqdakı həyata hazırlayır:

"Əlbəttə, başqalarına əziyyət verən kimsə əziyyət çəkməlidir. Amma biz diqqəti insana və bunun (cinayət) səbəbinə yönəltməliyik.

Əsas sual bu olmalıdır ki, məhbuslar bir daha cinayət törətmədən çöldə necə gəzə bilər? Nəzərə almaq lazımdır ki, onlar gələcəkdə mənim, sənin qonşun olacaqlar”. SEO Xidməti

Norveçdə məhbuslar həyatlarını mümkün qədər normal yaşayırlar. Onlar yemək bişirir, oxuyur, işləyir və mühafizəçilərlə vaxt keçirirlər.

Qeyd edək ki, Norveç ən aşağı cinayət nisbətinə malikdir.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
2
yenisabah.az

3Источники