RU

Erməni nazir müavini jurnalistə: “Haradan bilirsən ki, Azərbaycan...”

Müdafiə nazirinin müavini Arman Sarkisyan bu gün, iyunun 25-də Ermənistan Milli Assambleyasında jurnalistlərin bir dənə də olsun sualına dəqiq cavab verməyib.

O bildirib ki, Müdafiə Nazirliyinin mətbuat xidməti çox sürətlə işləyir:

“Müdafiə Nazirliyi vəziyyətə uyğun olaraq öz işini görür”.

Nazir müavini jurnalistin Azərbaycanın fəallaşdığı və aktiv hərəkətə keçməsi ilə bağlı iradına belə cavab verib:

“Sən hardan bilirsən ki, o, fəal hərəkət edir? Daim reallığa uyğun olmayan məlumatlar yayılır, bununla bağlı Müdafiə Nazirliyi bəyanatlar verir. Hər hansı problem yaranarsa, biz mütəmadi olaraq məlumat veririk və təsdiqlənmiş məlumatları təqdim edirik”.

Hazırda sərhəddəki vəziyyətlə bağlı nazir müavini bildirib ki, sərhəddə problemli vəziyyət yaranarsa, Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
1
cebheinfo.az

2Источники