RU

Danimarka Ukrayna və Moldovaya 21,58 milyon dollar ayıracaq

Danimarka hökuməti Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olmasını sürətləndirmək üçün 150 ​​milyon kron (21,58 milyon dollar) ayırmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki,  bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu yardım ölkələrə Aİ üzvü olmaq üçün zəruri olan inzibati struktur və qanunvericiliyi yaratmağa kömək edəcək.

Məlumata görə, Aİ-nin Ukrayna və Moldova ilə danışıqları bu gün Lüksemburqda başlayacaq.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
iqtisadiyyat.az

1Источники