RU

Almaniya xarici işlər naziri: Müharibə riski günü-gündən artır

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Yaxın Şərqdə hərtərəfli müharibə riskinin gündən-günə artdığına dair xəbərdarlıq edib.


 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok İsrailin Qəzza zolağı və Livan ərazilərinə davam edən hücumları ilə bağlı açıqlamalar verib.


 

Baerbok İsrailin dostu olaraq Qəzza zolağında müharibədə özünü itirə və mülki əhalinin vəziyyəti ilə bağlı artan beynəlxalq qəzəb İsrailin təhlükəsizliyinə zərər verəcəyini bildirib.


 

İsrail və Livan arasındakı gərginliyə də toxunan Annalena Baerbok açıqlamasında söyləyib:


 

\"Şimal sərhədində şiddətin artması bizi son dərəcə narahat edir. Məhz buna görə də sabah Beyruta səfər edəcəyəm. Həll yolları tapmaq üçün tərəfdaşlarımızla intensiv işləyirik. Bu arzuolunmaz bir eskalasiyanın qarşısını ala bilər”.


 

Nəzrin


Избранный
70
2
azxeber.com

3Источники