RU

Bölgələrdə gənclərin inkişafı üçün müxtəlif imkanlar yaradılıb - Fərid Qayıbov

Şuşa. Trend:

Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir.Gənclərin inkişafı ilə bağlı müxtəlif təşəbbüslər var.

Trend xəbər verir ki, bunu gənclər və İdman naziri Fərid QayıbovŞuşada keçirilən "By Youth For Youth" (Gənclər tərəfindən gənclərüçün) adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

F.Qayıbov qeyd edib ki, bölgələrdə gənclərin inkişafı üçünmüxtəlif imkanlar yaradılıb.

“Baş tutan forumda da, əminəm ki, önəmli müzakirələr aparılacaq.Füzuli hava limanından Şuşaya gələrkən bir çox dağıdılmış evlərigördük. Bu ərazilər 30 il işğal altında qalıb. Bu ərazilər bizimüçün həssas bölgədir. Dünyada sülhün, inkişafa birgə töhfəverəcəyik”.

Qeyd edək ki, Şuşa şəhərində "By Youth For Youth" (Gənclərtərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlifölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxilolan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlıinkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrinimüzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərinmüzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkanyaratmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
2
az.trend.az

3Источники