RU

AK-2024: Braziliya büdrədi, Argentinanın növbəti sınağı

ABŞ-da keçirilən Amerka Kuboku turnirində ilk tura yekun vurulub.

Publika.az xəbər verir ki, son oyun günündə D qrupunda 2 matç baş tutub.

Turnirin favoritlərindən olan Braziliya millisi Kosta Rika ilə qarşılaşıb. "Sambaçılar" rəqibin ciddi müqaviməti ilə üzləşib və turnirə xal itkisi ilə başlayıb.

Qrupun digər oyunda Kolumbiya Paraqvay ilə üz-üzə gəlib. Görüş kolumbiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Daniel Munyos və Hefferson Lerma hərəyə bir qol vurub. Hər iki qola Xames Rodrigez assistentlik edib. Paraqvayın heyətində Xulio Ensiso fərqlənib.

Bu gün ikinci tura start veriləcək. A qrupunda Argentina Çili ilə, Peru Kanada ilə üz-üzə gələcək.

Amerika Kuboku-2024, 2-ci tur
25 iyun
D qrupu
02:00 Kolumbiya - Paraqvay 2:1
Qollar:
Daniel Munyos, 32. Hefferson Lerma, 42 - Xulio Ensiso, 59.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
publika.az

1Источники