RU

Makron müxalifəti Fransanı vətəndaş müharibəsinə sürükləməkdə ittiham etdi

Fransa həm sağ, həm də sol təmayüllü qüvvələrin “həddini aşmış” siyasəti ucbatından vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron televiziya çıxışı zamanı deyib.

Fransa lideri hesab edir ki, Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı Milli Mitinq partiyası “dinə və ya mənşəyə istinad edir”, buna görə də ölkə sakinlərini “parçalayır və vətəndaş müharibəsinə sövq edir”.

Makronun sözlərinə görə, solçu “Yeni Xalq Cəbhəsi” isə vətəndaş müharibəsinə sövq edir. O, bildirib ki, solçu siyasətçilər fransızları siniflərə bölməklə vətəndaş müharibəsini tətikləyirlər.

Xatırladaq ki, Makronun İntibah partiyası Le Penin Milli Mitinq partiyasının topladığı səslərin yarısı qədər səs toplayıb (təqribən 15% səsə qarşı 32%). Bundan sonra Fransa lideri Milli Assambleyanın buraxıldığını və yeni seçkilərin keçiriləcəyini bəyan edib.

Orxan

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
konkret.az

1Источники