RU

Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır

Statistikaya əsasən bu günə qədər sertifikatlaşdırmada iştirak edən 40 min 600 müəllimdən  88 faizi uğur qazanıb, 21 faizdən çoxu isə 51-60 bal arası nəticə göstərib.  

 

“Riyaziyyat, hətta gözləmədiyimiz halda xarici dil müəllimlərindən 51-dən yuxarı bal toplayanların sayının kifayət qədər çox olması onu göstərir ki, Azərbaycan müəllimi sertifikasiya prosesinə hazırdır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil mütəxəssisi Elşən Qafarov deyib.

 

“Müstəqillik qazandığımız 33 ildə ilk dəfə ciddi şəkildə müəllim peşəkarlığı yoxlanılır. Söhbət ümumtəhsildən gedirsə, düşünürəm ki, bu kifayət qədər çətin bir prosesdir. Azərbaycanda 1 milyon 700 min şagird, 200 min ümumtəhsil sahəsində çalışan işçi var.  Şagirdlərin valideynlərini də nəzərə alsaq, ümumilikdə ölkədə 2 nəfərdən 1-i ümumtəhsillə bağlı şəxslərdir. Təhsillə bağlı narazılıqlar və digər məsələlər də göz qabağındadır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, imtahan verənlərin 88%-nin məqbul bal toplaması uğurlu nəticədir. Xüsusən də bu il əvvəlki ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinə nisbətdə, riyaziyyat, hətta gözləmədiyimiz halda xarici dil müəllimlərindən 51-dən yuxarı bal toplayanların sayının kifayət qədər çox olması onu göstərir ki, Azərbaycan müəllimi artıq sertifikasiyanın qaçınılmaz olduğunu görür və nəticə etibarı ilə prosesə hazırdır.

 

Bundan sonra iştirak edəcək müəllimlərin nəticələrinin daha yüksək olacağını gözləyirik. Düşünürəm ki, biz nəticələrə müsbət tendensiya ilə yanaşmalıyıq. Rəqəmlərə, statistikalara müsbət yanaşılması daha yaxşı mövqedir. İstənilən halda sertifikasiyanın məqsədi müəllimin peşəyə yararlılığını yoxlamaqdır, hətta 150.000 müəllimdən 1-nin düzgün seçilməməsi ciddi problemdir. Bu baxımdan mənfi tərəfləri müzakirə etməyə kifayət qədər mövzu var, amma proses vacib, dövlət əhəmiyyətli, təhsilin gələcəyi üçün lazımlı olduğundan onun müsbət tərəfləri görmək bizim üçün daha yaxşı olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
azedu.az

1Источники