RU

Sarımsaq xolesterini azaltmaq üçün gizli silah ola bilər

Sarımsaq

Bakı, 25 iyun, AZƏRTAC

Qlükoza və lipid mübadiləsinin pozulması bir sıra xroniki xəstəliklərə, o cümlədən ateroskleroz, şəkərli diabet və qaraciyər yağlanmasına səbəb ola bilər. Pəhrizə müntəzəm olaraq sarımsaq əlavə etməyin həm qan şəkərini, həm də xolesterini nəzarətdə saxladığı aşkarlanıb.

AZƏRTAC “Science Alert” saytına xəbər verir ki, çinli tədqiqatçılar tərəfindən aparılan araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub. Sarımsaqdan müntəzəm olaraq istifadə edənlərin laboratoriya testlərində qanda qlükoza səviyyəsinin daha aşağı olduğu, “pis” xolesterolun azaldğı müəyyənləşib. Sarımsağın müntəzəm yeyilməsi qan damarlarının elastikliyini artırır, iltihab nəticəsində yaranan damar zədələnmələrini əhəmiyyətli dərəcədə azaldır.

Sarımsağın tərkibində allium adlı antioksidant birləşmə var. Alimlər bu birləşmənin göstərilən nəticələrə birbaşa səbəb olduğun güman edirlər. Araşdırmanın maraqlı tərəfi ondan ibarətdir ki, sarımsağın qan dəyərlərində triqliserid səviyyələrinə təsir etmədiyi müəyyənləşib.

Məlumatlar bir daha sübut edir ki, ürək xəstəliyi riskini birbaşa azaltmaq üçün sarımsaqdan daha çox istifadə olunmalıdır. Yaşıl sarımsaq ekstraktı metabolik sindromlu xəstələrin koronar damarlarında xolesterol çöküntülərini və damar daralmasını azaldır. Xüsusən ürəyin işemik xəstəliyinin erkən mərhələsində miokard zədələnməsinin qarşısını alır.

Sarımsağın tərkibindəki kimyəvi birləşmələr qan laxtalanmasını azaldır, trombositlərin aqreqasiyasının qarşısını alaraq infarkt, iflic və yüksək təzyiq kimi sağlamlıq problemlərinin inkişafını ləngidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
azertag.az

1Источники