RU

Enerji sektorunda qlobal liderlik

Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Dövlət başçısı tədbir zamanı “Euronews”a verdiyi müsahibəsində jurnalistin “Masdar” və ZatiAliləri Sultan Əhməd Əl-Cabir ilə bağlı sualına cavab olaraq, Azərbaycanın ənənəvi enerji mənbələrinə, həmçinin bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olmasından, “Masdar” da bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olmasından danışdı. Ötən il oktyabr ayında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışından, bugün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjsi stansiyalarının təməlqoyma mərasiminin keçirilməsindən məlumat verən prezident İlham Əliyev, bunun yalnız başlanğıc olduğunu, bizim orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırdığımızdan və bunun üçün potensialımız, eyni zamanda yaxşı sərmayə mühitimizin olmasından da bəhs etdi.

Bu həqiqətən də göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi vəzifəmiz yaşıl keçidin ilk cərgələrində olan ölkələr sırasında olmaqdır. Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə keçiddə yaranan çətinliklər haqqında suala “Bizim böyük tərəfdaşlarımız var. “Masdar”, “ACWA POWER”, BP kimi sərmayədarlarımız var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq” –deyən prezident çətinliklərin biri milli enerji şəbəkəsi ilə bağlı olduğunu vurğulamış, bizim onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinliyin isə ötürülmə xətləri ilə bağlı olduğunu qeyd etmişdir. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimizin ixrac olduğunu nəzərə çatdırmış Prezident İlham Əliyev elektrik enerjisinin maksimum istehsal olunmasını təbii qaza qənaət kimi izah etmişdir. Bakı enerji həftəsində 37-dən artıq ölkədən 300-dən çox iştrakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir.

“Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır”.- deyən dövlət başçısı heç də hər enerji tədbiri ABŞ prezidentinin müraciəti şərəfinə nail olmadığını və bu tədbirin unikal mahiyyətini və gücünü nümayiş etdirdiyini yüksək qiymətləndirmişdir. “Əvvəlcə Xəzər neft və qaz sərgisi oldu. Sonra biz qaz sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər neft və qaz sərgisi və konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı enerjisi həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, qaz və indi isə yaşıl sahələrində uğurları görə bilərsiniz”

Ofelya Əsgərova,
Xətai rayonu, 287 nömrəli Zəkalar liseyinin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
ikisahil.az

1Источники