RU

Hakan Fidan gündəmdəki aktual məsələləri qiymətləndirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, dünya regional və ya qlobal müharibə ssenarisini ciddi qəbul etməlidir.
Özəl televiziya kanalarından birinə müsahibə verən Hakan Fidan gündəmdəki aktual məsələləri qiymətləndirib.
Benyamin Netanyahu liderliyindəki İsrail hökumətinin "Həmas''ı bəhanə edərək Fələstin müqavimət hərəkatını tamamilə məhv etmək və illərdir davam etdirdiyi işğalı qanuniləşdirmək və institutlaşdırmaq üçün yürütdüyü siyasəti tənqid edən Hakan Fidan oktyabrın 7-dən sonra İsrailin hadisələri öz xeyrinə çevirmək üçün sistemli bir döyüş planı hazırladığını vurğulayıb.
Dünyanın regional və ya qlobal müharibə ssenarisini ciddi qəbul etməsinin vacibliyinə toxunan Hakan Fidan Qəzzada baş verən “qətliam və soyqırım”ın bəşəriyyəti ikiyə böldüyünü vurğulayıb. Türkiyənin XİN rəhbəri bildirib ki,  Avropa dövlətləri və ABŞ İsrailin Qəzza ilə bağlı yürütdüyü siyasətin qarşısını almır, əksinə dəstəkləyir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
trt.net.tr

1Источники