RU

İrəvan rus konsulluğunun açılmasının qarşısını almağa çalışır - “Hraparak“

Ermənistanın "Hraparak" qəzeti diqqət çəkən məqalə dərc edib.

News365.az xəbər verir ki, nəşr İrəvanın Moskva ilə soyuq münasibətlərinə toxunub. Xüsusən də ölkədə yeni rus konsulluğunun açılması ilə bağlı maraqlı iddialar səsləndirilib:

“Bəzi məlumatlara görə, hökumət nəyin bahasına olursa olsun Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır. Rusiya çoxdan belə bir istəyini ortaya qoyub. Ermənistan rəhbərliyi konsulluğa icazə versə də və Qafan rəhbəri Gevorq Parsyan ruslar üçün bina ayırsa da, lakin hakim partiyanın yerli nümayəndələri təbii ki, yuxarı orqanların təhriki ilə bu istiqamətdə dağıdıcı hərəkətlər etdilər. Onlar bu prosesin qarşısını almaq üçün bir neçə aydır ki, Qafanda konsulluğunun açılmasından imtina üçün fəallıq göstərirlər".

Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bu yaxınlarda bəyan etmişdi ki, Moskva konkret tarix göstərmədən yaxın vaxtlarda  konsulluq açmağı gözləyir. 2023 Noyabrın 2-də Rusiya hökuməti Qafanda baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvanın Qafanda konsulluq açmaq istəyindən sonra İrəvan da buna razılaşmışdı. Hazırda Qafanda yalnız bir konsulluq var, ki, onu da İran açıb. Rusiyanın Ermənistanda yalnız Gümrüdə konsulluğu var.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
news365.az

1Источники