RU

Azərbaycan iki ölkə ilə viza tələbini aradan qaldırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır.
"Report"un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Daha sonra "Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.
Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.
Избранный
105
2
oxu.az

10Источники