RU

Dağıstanda baş verən terror aktlarında ölənlərin sayı artıb

  Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. Bu barədə “112” Telegram kanalı məlumat yayıb .

“Ölənlər arasında 15 polis əməkdaşı da var. Onlardan əlavə 5 mülki şəxs terrorçuların qurbanı olub. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. Yaralı asayiş keşikçilərindən ikisinin vəziyyəti son dərəcə ağırdır, həkimlər həyatları üçün mübarizə aparırlar. Daha 13 yaralının vəziyyəti ağırdır”, - məlumatda qeyd olunub.

İyunun 23-ü axşam saatlarında terrorçular Dərbənddə sinaqoq və kilsəni atəşə tutublar.

Mahaçqalada da polis əməkdaşlarına silahlı hücum olub.

Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb. Hücumları həyata keçirən radikalların əksəriyyəti məhv edilib.

“Dağıstanda əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsi başa çatıb və vəziyyət tamamilə hakimiyyətin nəzarəti altındadır”-, deyə regionun rəhbəri Sergey Melikov bildirib .

Respublikada üç günlük matəm elan edilib.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
referans.az

1Источники