RU

Bu müəllimlərin də maaşı 35% artırılsın - AÇIQLAMA

Sertifikasiyada 80%-dən yüksək nəticə göstərən müəllimlər üçün də 35% maaş artımının tətbiq edilməsinə ehtiyac var.

"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Elm və Təhsil Nazirliyinin rəsmi şəxsləri və nazirliyin yanında ictimai şuranın üzvləri ilə müzakirələr zamanı bir sıra təkliflərini bildirib:

"Müzakirələr zamanı sertifikasiyada uğur qazanan müəllimlər üçün əməkhaqqı artımın mexanizminin daha da təkmilləşdirilməsi, 80%dən yüksək nəticə göstərən müəllimlər üçün də 35% maaş artımının tətbiq edilməsi, imtahan nəticələrinin risk analizinin aparılması, kəmiyyət indikatorları ilə yanaşı keyfiyyət meyarlarından istifadə olunması, məzunları sertifikasiyada daha az bal toplayan universitetlərə dövlət büdcəsinə ayrılan vəsaitin məbləğinə baxılması kimi təkliflərimi təqdim etdim". 

"Müzakirələr konstruktiv və faydalı şəkildə aparıldı", - deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, sertifikatlaşdırmada uğur qazanmış müəllimlərin əməkhaqqısına 10 və ya 35 faiz əlavələr tətbiq olunur. Bu vaxta qədər prosesdə iştirak etmiş 40 600 müəllimdən 35 600-ü əməkhaqqısına müvafiq əlavəni alıb. Yəni, sertifikasiya nəticəsində 35 min 600 müəllimin maaşları artırılıb. 

Könül
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
olke.az

2Источники