RU

Paskal adasının boşalması ilə bağlı yeni nəzəriyyə

Yazını böyüt
Yazını kiçilt

Ekosidin Paskal adası xalqının dağılmasına səbəb olmadığı və cəmiyyətin heç vaxt düşündüyü qədər böyümədiyi irəli sürülür.

Hafta.az-ın “Live Science”a istinadən yazdığına görə, Sakit okeanın cənub-şərqində yerləşən adada ilk məskunlaşmanın eramızın 1000-ci illərində başladığı güman edilir.

Polineziyalı yerli xalqın xurma ağaclarını kəsərək ətraf mühitə zərər vurması nəticəsində Rapa Nui kimi tanınan bölgənin dağıldığı qəbul edilir. 18-ci əsrdə adaya gələn avropalıların xarabalığa çevrilmiş bir cəmiyyətlə qarşılaşdıqları iddia edilir.

Digər tərəfdən, 2020-ci ildə nəşr olunan bir araşdırma, moai adlı nəhəng daş heykəlləri ilə tanınan Rapa Nui xalqının, avropalılar bölgəyə gəldikdən sonra fəaliyyətlərini, xüsusən də heykəltəraşlıq işini davam etdirdiklərini göstərdi.

Cümə günü elmi araşdırma jurnalında dərc olunan tədqiqat Paskal adası xalqının dağılması ilə bağlı ümumi fərziyyəni də şübhə altına alır. Tədqiqatçılar avropalıların qarşılaşdıqları mənzərənin dağılmış cəmiyyətin qalıqları deyil, ada sakinlərinin normal əhalisi olduğunu irəli sürürlər.

Alimlər infraqırmızı peyk şəkilləri və süni intellektdən istifadə edərək yerli əhalinin yaratdığı qaya bağlarını aşkar ediblər. Yüz illər əvvəl Paskal adasının sakinləri torpağın münbitliyini artırmaq üçün bu bağları düzəldirdilər.

Tədqiqatçılar qaya bağlarının əvvəllər düşünüldüyündən daha az yayıldığını aşkar ediblər. Komanda 164 kvadratkilometr ərazinin yalnız mində 76-nın qaya bağları üçün ayrıldığını və ən çox 4 min nəfərin bu şəkildə mövcud ola biləcəyini düşünürlər.

Əvvəlki hesablamalara görə, 15-ci əsrdə Rapa Nui xalqının zirvəsində burada 16 min insan yaşayırdı.

Məqalənin həmmüəllifi Dr. Dilan Davis "Ekosid üçün əsas arqumentlərdən biri bütün bu moai heykəllərini qurmaq üçün çox böyük bir əhalinin olması lazım idi. Ancaq böyük bir populyasiyanı dəstəkləmək üçün heç bir arxeoloji sübut yoxdur və moai araşdırmaları göstərdi ki, kiçik bir əhali onları qurub köçürə bilərdi” deyib.

Digər tərəfdən, bəzi ekspertlər bu araşdırmanın kifayət qədər güclü dəlillər təqdim etmədiyini düşünürlər. Paskal adası Heykəltəraşlıq Layihəsinin Direktoru Co Ann Van Tilburq, “Live Science”a deyərək, yeni araşdırmanın bir məlumat parçasına etibarını tənqid edib: "Rapa Nui xalqının bütün komponentlərini nəzərə almadan sistemin davamlı olub olmadığı qənaətinə necə gəlmək olar?"

London Universitet Kollecindən Rapa Nui eksperti Prof. Sue Hamilton da tədqiqatda bu məhdudiyyətə toxunur. Hələ də ekosid nəzəriyyəsini əsassız edən araşdırmaların olduğunu bildirən Prof. Hamilton deyir: “Əhali artımı və landşaftın yanlış idarə olunması yolu ilə Rapa Nuidə ekosidlərin törədildiyi ideyası ən azı 10 il ərzində getdikcə daha inandırıcı şəkildə etiraz edilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
hafta.az

1Источники