RU

Alimlər 100 yaşa çatmağın sirrini açıblar

Yazını böyüt
Yazını kiçilt

Alimlər 100 yaşa qədər yaşamağın sirrini açıqlayıblar. Sağlam həyat sürməyin 80 yaşdan sonra da təsirli olduğu sübut olunub.

Hafta.az-ın yazdığına görə, nizamlı idman, tərəvəz və meyvələrdən ibarət sağlam qidalanma, spirt və siqaretdən istifadəyə diqqətli olmaq kimi amillər ömrü uzadır. Bundan əlavə, genetik faktorlar da ömrü müəyyən edir.

Digər tərəfdən, bu sahədə araşdırmalar daha çox 60 yaşa qədər olan insanların təhlillərini əhatə edir və həyat tərzinin sonrakı həyatda hansı rol oynadığı bilinmir. Bu çatışmazlığı aradan qaldırmaq üçün çinli tədqiqatçılar 80 yaşdan yuxarı insanlar üzərində araşdırma aparıblar.

“JAMA Network Open” jurnalında dünən dərc olunan məqalədə öz tapıntılarını izah edən komanda, 100 yaşa qədər yaşamağın arxasında duran amilləri araşdırıb.

Tədqiqatçılar 1998-ci ildən bəri 80 və daha yuxarı yaşlı insanlar haqqında sağlamlıq məlumatlarını tərtib edən Çin Sağlam Uzunömürlülük Araşdırmasının hərtərəfli məlumat bazasından istifadə ediblər.

Tədqiqat çərçivəsində yaşı 100-dən yuxarı olan 1454 nəfərin və oxşar keçmişə malik olsalar da, bu yaşdan əvvəl vəfat edən 3768 nəfərin məlumatları araşdırılıb.

Daha sonra alimlər üç meyar əsasında iştirakçıların sağlam həyat sürüb-sürmədiyini müəyyən etməyə çalışıblar. Siqaret çəkmək, müntəzəm idman etmək və müxtəlif pəhrizə malik olmaq üçün hər biri 0 ilə 2 arasında bal verilib.

Həyatlarında bu vərdişlərə nə vaxt sahib olduqlarına (heç vaxt, əvvəllər və ya hazırda) baxdıqda, iştirakçının ala biləcəyi ən yüksək bal 6 idi.

Tədqiqatçılar 5-6 bal toplayanların 0-2 bal toplayanlara nisbətən 100 yaşa çatma ehtimalının 61 faiz daha çox olduğunu müəyyən ediblər. Qrupda ən yüksək bal toplayan 851 nəfərdən 276-sı 100 yaşına çatmışdı.

Araşdırmanın nəticələri sağlam həyat sürməyin hər yaşda faydalı olduğunu göstərsə də, iştirakçıların keçmişi haqqında ətraflı məlumatın olmaması mühüm məhdudiyyətdir.

Bundan əlavə, 100 yaşa çatmaqla sağlam həyat arasında əlaqə qurulsa da, səbəb-nəticə əlaqəsindən danışmaq mümkün deyil.

"Məşq müddəti və intensivliyi kimi bəzi davranışları ölçmək çətindir" deyən daxili xəstəliklər üzrə mütəxəssis Dr. Su Hlaing Hnin, tapıntılara ehtiyatla yanaşmağı tövsiyə edib.

Dietoloq Dan Gallagher deyir ki, sağlam yaşamağın bəzi aspektləri insandan insana dəyişə bilər, lakin müəyyən şeylər hər kəsə fayda verəcək: "Aktiv qalmaq qocalıqda sağlam qalmaq üçün siyahının başında gəlir".

Gallagher, cəmiyyətin bir hissəsi olmağın məşq qədər vacib olduğunu vurğulayır.

Digər mütəxəssislər də idmanla yanaşı, sağlam qidalanmanın vacibliyini vurğulayaraq, işlənmiş qidalardan uzaq durmağı tövsiyə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
hafta.az

1Источники