RU

Amerika Kubokunda Braziliya üçün uğursuz start

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün D qrupunda mübarizəyə start verilib.

Beşqat dünya çempionu Braziliya millisi Kosta-Rika ilə üz-üzə gəlib. Bu qarşılaşma qolsuz bitib.

Qrupun digər görüşü Kolumbiya və Paraqvay yığmaları arasında baş tutub. Kolumbiya millisi rəqibini 2:1 hesabı ilə üstələyib. 32-ci dəqiqədə Daniel Munyos, 10 dəqiqə sonra Cefferson Lerma qələbədə pay sahibi olublar. Təsəlli qoluna 69-cu dəqiqədə Julio Enkiso imza atıb.

Qeyd edək ki, Amerika Kubokunda mübarizəyə iyulun 14-də baş tutacaq final oyunu ilə yekun vurulacaq.

Amerika Kuboku
D qrupu
25 iyun

Kolumbiya – Paraqvay 2:1
Qollar: Daniel Munyos, 32. Cefferson Lerma, 42 – Julio Enkiso, 69.

Braziliya – Kosta Rika 0:0

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
arena.az

1Источники