RU

Devid Saks: “Tramp vəhşinin zağasını ziyarət etdiyi üçün...”

Amerikalı milyarder Devid Saks X sosial şəbəkəsində Ağ Evin hazırkı rəhbəri Co Baydenlə debatda ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın rəqibinin adını çəkib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun fikrincə, Trampın əsl rəqibi tədbiri yayımlayacaq CNN olacaq.

Saks deyib ki, Tramp vəhşi heyvanın zağasını ziyarət etdiyi üçün tərifəlayiqdir.

Milyarderin sözlərinə görə, Bayden respublikaçılarla əlaqəli olan “Fox News” kanalında debatda iştirak etməyə cəsarət etməzdi.

Bundan əvvəl Ağ Evin ruporu rolunu oynayan Ey-Bi-Si telekanalının aparıcı müxbiri Selina Van bildirib ki, Bayden Trampla debata hazırlaşarkən 90 dəqiqə ayaq üstə durmağı məşq edir.

Bayden-Tramp arasında ilk debat iyunun 27-də Atlantada baş tutacaq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
musavat.com

1Источники