Dövlət qulluğu ilə bağlı elə problemlər var ki, onu dövlət strukturları yaradır.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, elə gənclərimiz var onlara problemlər yaradırlar: “Bütün imtahanlardan, müsahibə mərhələsindən keçmiş gənclərə əngəl olurlar. Yüzlərlə belə gəncimiz belə problemlər yaşayır. Biz onlara kömək olmalıyıq”.