RU

Gülər Sultanzadə: "Qərbi Azərbaycana qayıdış real həqiqətə söykənir"



Bu günlərdə Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi möhtəşəm tədbir olmaqla yanaşı, həm də xalqımızın mübarizə tarixinin yenilənməsi baxımından qiymətlidir. Gənc nəslin nümayəndələrinə adət və ənənələrimizin, tarixi torpaqlarımızda alan abidələrimizin tanıdılması, öyrədilməsi baxımından qiymətli olan bu tədbir həm də Zəngəzur, dərələyəz mahallarının sərhədlərində keçirilməklə tezliklə qayıdış ideyasının gerçəkləşəcəyi ümidlərini artırmışdır. Festival-konqredə qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyəti təbliğ etməklə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəlib.
Festivalın açılışında və və müxtəlif böləmlərdə səsləndirildiyi kimi XIX əsrin əvvəllərində imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Çar Rusiyasının, daha sonra Sovetlət Birliyinin həyata keçirdiyi siysətin nəticəsi olaraq 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Sözsüz ki, deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də müşayiət olunub, abidələrimiz dağıdılmış, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib, açıq şəkildə mono-etnik dövlətçilik və etnik təmizləmə siyasəti həyata keçirilib. 1970-1980-ci illərdə - Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız növbəti deportasiya və etnik təmizləməyə məruz qalmayıb. Lakin 1987-ci ildə Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyindən getməsi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti acı taleyinin başlanğıcı olub, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və ən dəhşətli mərhələsi baş tutub. Həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar.
1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 37 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bu tarixi faciələrə vaxtında hüquqi-siyasi qiymət verilməyib. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu tarixi ədalətsizliyə, faciələrə hüquqi-siyasi qiymət verib və bununla bağlı 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalayıb. Bu tarixlərdən başlayaraq hadisələrin elmi təhlili və obyektiv siyasi münasibətlərin formalaşdırılması təmin edilib
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradan və bunu diktə edən dövlətdir. Müstəqil Azərbaycanın və onun qüdrətli liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də bu günün reallığına əsaslanır. Cənab Prezidentin siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdış ideyası ilk dəfə beynəlxalq müstəviyə çıxarılıb, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 225 bəyanatı qəbul edilib. Qərbi Azərbaycan İcması İctimai Birliyi bu məslədə xüsusi rol oynayır.
İcmanın keçirdiyi tədbirlər gənc nəslin qan yaddaşını təzələməklə dədə-baba yurdlarına gedən yola çıraq tutmaqdadır. Bu gün Qərbi Azərbaycan İcmasının yeddi rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycan Respublikasının 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bu gün artıq Qərbi Azərbaycana qayıdış tək qərbi azərbaycanlıların və Azərbaycan Respublikasında yaşayan 10 milyon soydaşlarımızın məsələsi deyil. Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir. Bu, soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır. Bu, Ulu Öndər Heydər Əliyevin bizə vəsiyyəti, cənab Prezident İlham Əliyevin tapşırığı və atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur.Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

Gülər Sultanzadə,
Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
aia.az

1Источники