RU

Tural Gəncəliyev: Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır

Fransa aqressiv siyasətini Cənubi Qafqaza qədər sürdürür.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır: “Cənubi Qafqazda biz sülh yaratmışıq. Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır. Təəssüflər olsun ki, bu gün özünü Napelon hesab edən Makron yeni “Makron müharibələri” aparmaq istəyir və bunu Cənubi Qafqazda da etmək istəyir. Makronun, Fransanın bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır. Fransa işğal altında saxladığı ölkələrdə insan hüquqları pozuntularına yol verilıməsinin qarşısını almalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
apa.az

1Источники