RU

Azərbaycanın "Avroviziya" təmsilçiləri illər sonra bir arada - FOTO/VİDEO

Ölkəmizi "Avroviziya" Mahnı Müsabiqəsində təmsil edən müğənnilər illər sonra bir araya gəliblər.

BAKU.WS xəbər verir ki, Aysel Teymurzadə, Safura Əlizadə və Nigar Camal şairə və pianoçu Zəhra Bədəlbəylinin toyunda görüşüblər.

Bu barədə Nigar Camal sosila şəbəkə hesabında paylaşım edib. O, Aysel və Safura ilə foto, video lentə alaraq instaqram izləyiciləri ilə bölüşüb.

İllər sonra biraraya gələn "Avroviziya" təmsilçilərimizin görüntüləri maraqla qarşılanıb.

Xatırladaq ki, Aysel Teymurzadə ölkəmizi "Avroviziya" müğənni Araşla 2009-cu ildə, Safura Əlizadə 2010-cu ildə, Nigar Camal isə həmkarı Eldar Qasımovla 2011-ci ildə təmsil ediblər.

Aysellə Araş 3-cü yeri, Safura Əlizadə 5-ci yeri tutublar. Nigarla Eldar isə birinci yerin sahibi olaraq Azərbaycana qalibiyyət gətiriblər.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
4
big.az

5Источники