RU

Emmanuel Makron Vladimir Putinlə danışmağa hazırdır

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyə hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, o, Rusiya lideri ilə əsas məsələlərlə bağlı müzakirələrə gedə bilər: “Mən dialoqun gücünə inanıram və Vladimir Putinlə dialoqu davam etdirərdim. Bu, son bir neçə ayda baş verməyib, amma mən bunu bu və ya digər mövzuda, o cümlədən atom elektrik stansiyaları və ya başqa bir mövzuda istisna etmirəm”, – deyə Makron “Gnration Do It Yourself” podkastında deyib. qeyd edək ki, Emmanuel Makron Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra dəfələrlə Vladimir Putinə zəng edib.

Onların telefon danışıqları haqqında sonuncu dəfə 2022-ci il sentyabrın 11-də məlumat verilib. Daha əvvəl Makron Rusiya prezidenti ilə “yüz saat” danışdığını söyləmişdi.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
editor.az

1Источники