RU

Azərbaycanlı İngiltərə çempionu oldu

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.

Избранный
108
sportinfo.az

1Источники