RU

İranın BMT-dəki daimi nümayəndəsi JCPOA-ya alternativ olmadığını deyib

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ən yaxşı həll yolu olaraq qalır”. Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında deyib. “JCPOA potensial böhranın qarşısını uğurla alan çoxtərəfli diplomatik səy idi. O, hələ də ən yaxşı variant olaraq qalır, ona alternativ yoxdur. Razılaşmanın reallıqda bərpası onu imzalayan bütün ölkələrin maraqlarına uyğundur”, - derə “IRNA” agentliyi İrəvaniyə istinadən xəbər verir. İranın daimi nümayəndəsinin qeyd edib ki, təzyiq, təhdid və hədə-qorxu yox, yalnız vicdanlı və konstruktiv əməkdaşlıq JCPOA-nı canlandırmaq üçün yeganə seçimdir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da öz növbəsində JCPOA-nın avropalı iştirakçılarını və ABŞ-ı İranla nüvə sazişi üzrə danışıqlar masasına qayıtmağa çağırıb. JCPOA 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün İranla imzalanıb. Sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. 2021-ci ilin aprelindən Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa Vyanada İran tərəfi ilə JCPOA-nın orijinal formada bərpası ilə bağlı danışıqlar aparır. Bir neçə raunddan sonra 2022-ci ilin noyabrında keçirilən son danışıqlarda da tərəflər heç bir nəticə əldə edə bilməyiblər. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
bizimyol.info

1Источники