RU

Ukraynaya uğur qazanmaq üçün nə lazımdır?

Ukraynaya

Ukraynada ruslara qarşı genişmiqyaslı müharibə davam edir. Ukraynalıların qarşıdurmada uğur qazanması üçün ilk addım düşmənin bu dövlətin şərq hissəsinə soxulmaq cəhdlərinin qarşısını almaqdır.

Reyting.az
xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasını öz atəş xətlərindən istifadə imkanından məhrum etmək və Ukrayna vətəndaşlarının iqtisadi həyat sahəsini məhv etməsinə mane olmaq lazımdır. C. Obrayen bildirib ki, bunun üçün Ukrayna müdafiəçiləri kifayət qədər hava hücumundan müdafiə vasitələri və uzunmüddətli döyüşü davam etdirmək üçün zəruri olan digər silahlarla təmin edilməlidir.

Obrayenin fikrincə, Ukraynanın uğur strategiyasından danışarkən bu, Rusiyanın şərqdən keçmək cəhdlərini dayandırmaqdan ibarətdir və bu, uğur üçün ilk addımdır.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
reyting.az

1Источники